Transkript: Harda Müsəlman Görürəm Qorxuram (Pişikyolu Podkastı Epizod 4)
Mövzu: Mirzə Ələkbər Sabir
[00:00:00] Giriş və Epizodun Tarixçəsi
Bu epizodda, ki “Pişikyolu” podkastının dördüncü epizodudur, Mirzə Ələkbər Sabirə görə bir az danışacam. Əlbəttə, danışmaqdan çox şeirlərini oxuyacam.
Və əlbəttə, bundan qabaq bu mövzunu deyim ki, mən qəblən bu dördüncü epizodu ayrı mövzuda rekord eləmişdim. Yəni hüdudən iki saat oturub bir mövzuya görə danışmışdım ki, onda hiss eləyirdim mühüm idi, xoşum gəlirdi. Vəli sonra edit eləyə-eləyə bir-iki-üç seri qulaq asma fürsətim oldu və gördüm yox, heç çox da xoşum gəlmir və mühüm bir mövzu deyil. Yəni, şəxsən onda şayəd mühüm idi; heç indi şəxsən də mühüm deyil. Ona görə də sildim getdi. Tarixə qatışdı o. İndi Mirzə Ələkbər Sabirdən danışacam bu epizodda.
[00:00:34] Mirzə Ələkbər Sabirin Həyatı və Təxəllüsləri
Mirzə Ələkbər Sabir 1862-də Şamaxıda dünyaya gəldi, 1911-də də dünyadan getdi. Əsli adı Ələkbər Tahirzadə idi və sonralar oldu Mirzə Ələkbər Tahirzadə. Sonralar daha çox təxəllüsü var idi: Sabir özünə deyirdi, Hop-hop deyirdi, nə bilim, Molla Nəsrəddin deyirdi, Fazil deyirdi, Burnuburuq deyirdi, Dindiri deyirdi… Bunlar fərqli adlar idi ki, işlədirdi onda və daha çox Sabir ilə tanındı və Sabir əsli psevdonim ünvanında qaldı.
Bu ehtimalən “Molla Nəsrəddin” psevdonimi ilə də başa düşəcəksiz ki, Sabir “Molla Nəsrəddin”in də dalısında idi. Yəni şeirlərin bəzisini, ya çoxunu elə “Molla Nəsrəddin” məcəlləsində nəşr eləyirdi və onunla da daha çox, məsələn, tanınırdı. Mən bu podkastin əvvəl epizodunda elə Molla Nəsrəddinə görə danışmışam. Əgər xoşunuz gəlsə ordan qulaq asa bilərsiz. Və indi də Molla Nəsrəddin dalısında olan bir şəxslərdən, Mirzə Ələkbər Sabirə görə danışacam.
[00:01:27] Sabirin Üslubu və Təsiri
Mirzə Ələkbər Sabir çox xass bir şair idi. Yəni sahibi-səbk kimi şair idi. Həm öz zamanında insanlar, şairlər təhsin eləyirdi, həm öz zamanından sonra hər kəs Mirzə Ələkbər Sabir ilə tanış idi, təhsin eləyirdi, ondan təsir almışdı. Ona görə mən çox bunlara görə danışmayacam ki, kim təhsin eləyibdir, kim nə mənə deyibdir. Fəqət bir dənə xass yadıma gəlir ki, ehtimal sizin də eşidibsiz. Şəhriyarın bir şeiri var idi: “Türkün dili”. Orda beytində belə deyirdi ki:
“Sabir kimi bir süfrəli şair bəxil olmaz”.
Burda orda deyən Sabir, bu həman Sabirdir. Yəni indi mənim danışdığım Sabirdir. Və orda bir cür bu Sabirə ehtiramını göstərir ki, Sabir kimi bir süfrəli şair bəxil olmaz.
Onda Məşrutə zamanında Sabir çox xəllaq bir şair idi və Məşrutə şairlərinin çoxu Sabirdən təsir almışdı. Və görürsən İranın özündə bu türkü şeirlərini ki, çox adam oxuyurdu vəli hətta onlar ki türkü başarmırdılar, gəlib bu türkü şeirləri farscaya tərcümə eləyirdilər və çap eləyirdilər. Onların özünün məsələn çox oxuyanı var idi. Müəssir bir şair idi.
Bu şeirləri mən “Hophopnamə” kitabından oxuyuram. Genə deyirəm 1992-də bu çap olubdur. Bu mən, məndə olduğu kitab, və nisbətən də əslidir. Sonralar ayrı hala çaplar da olunubdur, çox kamilləşibdir. Vəli bu o əsasi, əsli şeirlərdir ki, ordan tapa bilərsiz.
[00:02:49] Şeir: “Nə İşim Var”
Əvvəl şeiri **“Nə İşim Var”**dır. Bunu “Molla Nəsrəddin”in əvvəl nömrəsində mən görmüşdüm. İştibah eləməsəm, düz yadıma gəlsə, orda elə əvvəl şeir idi ki, “Molla Nəsrəddin”də də çap olmuşdu. Çox da gözəl şeirdir.
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Qoy mən tox olum, özgələr ilə nədir karım?
Dünya və cahan ac olur, olsun, nə işim var?
Səs salma yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın.
Tək-tək ayılan varsa da, həqq dadıma çatsın,
Mən salim olum, cümlə-cahan batsa da batsın;
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Salma yadıma söhbəti-tarixi-cəhani,
Əyyami-sələfdən demə söz, bir də filani;
Hal isə gətir, meyl eləyim dolmanı, nanı,
Müstəqbəli görmək nə gərək? Ömr bir ani!
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Övladi-vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətdə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın;
Burda “oda yansın”da bir xass zərafət var. Həm eləyə bilər “o da yansın”, yəni hamı yanır, o da yansın. Və bir də “oda yansın”, yəni odun içində yansın. O cür bir şey ola bilər.
Ancaq mənim avazeyi-şənim ucalansın;
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Hər millət edər səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzilü məvada tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yada tərəqqi,
Biz də edərik aləmi-röyada tərəqqi.
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
Bu şeirin davamı da vardı, vəli mən bir səhifəsini oxudum. O bir səhifədə özünüz gedib baxa bilərsiz, oxuya bilərsiz. Vəli gözəlliyi məsələn çox elə bu səhifədə idi. Yavaş-yavaş yəni bu Sabirin nə cür şeir dediyi müşəxxəsdir, yəni qədimi vəzndə şeir deyir və tənz qalibində. Yenə də bunu deyirəm, çox xəllaqdır.
Sabirdən qabaq bu cür xəllaq tənz şairi çox az idi. Sabir öz zamanında, o zamanının yaşadığı müşkülləri şeir dilində çox rahat deyib. Hətta bir şeiri var idi, orda məsələn şeirin bir cür tovzih verdi. O da bu cürdür:
Şeir bir gövhəri-yekdanəyi-zirqiymətdir,
Salmaram vəsfi-duruğ ilə onu qiymətdən.
Deyərəm hər sözü doğru, kəlamı haqq,
Şeirin əhli-zövqə verərəm nəşə bu xoş şərbətdən.
Hətta özü də bilirdi ki, şeiri nə qədər qəşəngdir, yəni burda bir az özündən də tərif eləyirdi.
[00:05:21] Şeir: “Tək Səbir”
İkinci şeiri ki istəmirəm oxuyam, **“Tək Səbir”**dir adı.
Ta gəlirik biz də bir az anlayaq,
Məclisi-irfanda vurur “Tək səbir”.
Ya deyirik işləri samanlayaq,
Məclisi-əyanda vurur “Tək səbir”.
İstəyirik bir iş açaq, filməsəl,
Söyləşirik bir-iki il laəqəl,
Ta deyilir: “Pul verin, açsın əməl!”
Ölkədə hər yanda vurur “Tək səbir”.
Bu da çox gözəl idi. Davamı da var idi, vəli yenə deyirəm, mənə calib gələn bəxşləri oxuyuram.
[00:05:45] Şeir: “Ax, necə kef çəkməli əyyam idi”
Bir şeiri də **“Ax”**dır. Yəni bu kitabda “Ax” yazıbdır və mən ayrı yerdə görmüşəm ki, “Ax necə kef çəkməli əyyam idi”, ondan yazıblar. İkisi də ola bilər, fərqi yoxdur. Bu 1908-də yazılan bir şeirdir. Bunun tarixini sonradan çıxartdım, çün çox calib idi. “Molla Nəsrəddin”də də mən görmüşdüm, yəni nömrələrin birində var idi. Və guya, dəqiq yadıma gəlmir, bəli, guya bir mollanın dilindən deyilən bir şeirdir. Yəni mollanın dilindən deyir. Şeir də bu cürdür:
Ah, necə kef çəkməli əyyam idi,
Onda ki, övladi-vətən xam idi.
Öz hüquqi-məşruunu bilməzdi el,
Çöhrəyi-hürriyyətə gülməzdi el,
Gözlərini bir kərə silməzdi el,
Qəzetə, jurnala əyilməzdi el;
Daim eşitdikləri övham idi;1
Ah, necə kef çəkməli əyyam idi.2
Ölkədə bunca yox idi eybcu,3
Neylərdiksə görünürdü niku,4
Xəlqə didarımız arzu,5
Bizdə var idi nə gözəl abır-u hürmətimiz, vacibi-İslam idi;67
Ah, ne8cə kef çəkməli əyyam idi.9
Millətə çatdıqca qan əyyaş idik,10
Hakimə yar, amirə qardaş idik,11
Qibləyə, taətgəhi-obaş idik,12
Harda aş olsaydı, ora baş idik;13
Hər14 gecə, hər gün bizə bayram idi;
Ah, necə kef çəkməli əyyam idi.
Çox gözəldir. Bunun davamını yenə deyirəm oxumayacağam, çün elə əvvəl səhifəsini oxuyuram. İkinci səhifəyə getsəm çox tulani olar epizod. Burda gördüyünüz kimi Mirzə Ələkbər Sabirin bir yanı da, yəni “Molla Nəsrəddin”də olduğu kimi də, mollaları çox nəqd eləyirdi. Ona görə Təbrizdə mollaların böyükləri, bilirəm nə deyirlər, müfti deyirlər, onlar Mirzə Ələkbər Sabiri təkfir eləyirdilər və dindən çıxdığını deyirdilər. O cür iftiralar vurdular.
[00:07:23] Dini İttihamlara Cavab: “A Şirvanlılar”
Ki, Mirzə Ələkbər Sabir bir ayrı məruf şeirində buna cavab verir. Şeirin adı **“A Şirvanlılar”**dır. Şeir belə başlayır:
Əşhədu billah, əliyyül-əzim,
Sahibi-imanam, a şirvanlılar!
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanam, a şirvanlılar!
Şiəyəm, əmma nə bu əşkaldan,
Sünniyəm, əmma nə bu əmsaldan,
Sufiyəm, əmma nə bu əbdaldan,
Haqq sevən insanam, a şirvanlılar!
Ümməti-mərhumi-məğfur ilə,
Əmrindəyəm taəti-məzbur ilə,
Küfrümə hökm eləməyin zor ilə,
Qaili-Quranəm, a şirvanlılar!
[00:07:57] Siyasi Tənz: “Məmmədəlinin Eşqbazlığı”
Bir ayrı şeiri də, yəni bu çox siyasi tənzdir. Siyasi tənz o zaman yazmaq çox ürək istərdi və burda da şeirin ünvanı “Avrupada Məmmədəlinin eşqbazlığı”, yəni Məmmədəli, Məhəmməd Əlinin eşqbazlığı demək olar.
Bu Məmmədəli də, yəni özünüz təşxis verərsiz kim idi onda. Əvvəl Məmmədəli deyir, bu dialoq kimi bir şeirdir. Yenə deyirəm bir səhifəsini oxuyuram, əvvəl səhifəsini. Burda şayəd oxumaqdan qabaq yaxşı bir tovzih verirəm. Əlbəttə dedim özünüz başa düşəsiz Məmmədəli kimdir, vəli şayəd tovzih verməyim yaxşı ola ki, Məmmədəli onda Qacarın şahıdır, Məmmədəli şah Qacar. Və bu şeirin nəqd elədiyi məsələ bu idi ki, Məmmədəli öz ölkəsində, İranda, millətə zülm eləyərdi, gedərdi Avropada madmazel bazlığa.
Və bu cür ki əvvəldən oxuyuram, Məmmədəli deyir:
“Rəhm et mənə can, madmazel!
Könlüm olub qan, madmazel!
Birbaş Adisdən gəlmişəm ardınca, canan madmazel!
Gör hali-biaramimi, dil bisükundur, gəl mənə;
Eşqim füzundur, gəl mənə!”
Ki sonra madmazel cavab verib:
“Rədd ol, a zalim Məmmədəli!
Şahi-məzalim Məmmədəli!
Artıq həyasız görməyə yoxdur məcalim, Məmmədəli!
Get, get ki, zülmündən vətən dəryayi-xundur, gəlmərəm;
Boynun yoğundur, gəlmərəm!”
Davamı da vardı ki, hələ davamını istəmirəm oxuyam. Burda da bu kitabda “gəlmənəm” yazıbdır… “N” ilə yazılıbdır. Hiss eləyirəm burda iştibah olubdur, çünki “gəlmərəm” düzdür.
[00:09:33] Şeir: “Fəhlə, sən də bir insanmı sanırsan?”
Ayrı bir şeir ki, mənim çox xoşuma gəlir. Yəni düzdür, lap o xoşuma gələn şeiri deyil, vəli demək olar Mirzə Ələkbər Sabirin xəllaqiyyətinin, dilinin qüdrətinin, şeirinin qüdrətinin bir şaxəsidir. Şeirin ünvanı “Fəhlə, sən də bir insanmı sanırsan?” ki, çox gözəl şeirdir.
Burda fəhliyə görə bi tovzih deyim, indi bizim dilimizdə “fəhlə” deyirik. Yəni o şəxsi ki işləyir, işçi. Vəli bunun yazılışı “fə’lə”dir. Yəni “feil” kökündən və onda da fəələ yazılırdı. Və mən elə “fəhlə” deyəcəm. Yəni istədim fəqət bunu müşəxxəs eləyəm ki, unvandır.
Fəhlə, özünü sən də bir insanmı sanırsan?
Pulsuz kişi insanlığı asanmı sanırsan?
İnsan olanın cahu-cəlalı gərək olsun,
İnsan olanın dövləti, malı gərək olsun,
Himmət demirəm, evləri, alı gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?
Axmaq kişi, insanlığı asanmı sanırsan?
Burda da axmaq kişiyə görə tovzih. Yəni axmağa görə… Azərbaycanda da çox mərsum idi ki, axmaq desinlər. Çünki tələffüzü rahat idi, vəli həmin “əhməq” mənasındadır.
Hər məclisi-alidə soxulma tez araya,
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insan danışmaq füqərayə;
Dövlətlilərə kəndini yeksanmı sanırsan?
Axmaq kişi, insanlığı asanmı sanırsan?
Fəqr ilə qəna əhlinə kim verdi müsavat?
Mənada da, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz kimsəyə isbat;
Bu mümtəni qabili-imkanmı sanırsan?
Axmaq kişi, insanlığı asanmı sanırsan?
Burda yenə bir daha da bu kitabda hələ iştibah deyə bilmərəm… bir misradə deyir “öz fəzlini pulsuz edəməz kimsənə isbat” yazıbdır. Yəni “n” ilə yazıbdır. Ehtimalən burda da bir iştibah olubdur, çünki “öz fəzlini pulsuz edəməz kimsəyə isbat” daha doğru ola bilər.
[00:11:50] Şeir: “Qorxuram”
Sonrakı şeirinin ünvanı mənim bu kitabımda “Qorxuram” yazıbdı. Vəli ayrı-ayrıda mən görmüşəm ki, “Harda müsəlman görürəm, qorxuram” da yazsın. Mən bu epizodun unvanın da o qoyacam, çünki çox calıbdi. Oxuyum, sonra bir az tovzih verim.
Pay-piyada düşürəm çöllərə, xar görürəm, qorxmuram.
Seyr edirəm bərru-biyabanları,
Guli-biyaban görürəm, qorxmuram.
Gah oluram bəhrdə zövrəqnişin,
Dalğalı tufan görürəm, qorxmuram.
(Burda zövrəq balaca gəmilər mənasındadır.)
Gah çıxıram sahilə hər yanda min vəhşi hürən görürəm, qorxmuram.
Gah şəfəq tək düşürəm dağlara, yanğılı vulkan görürəm, qorxmuram.
Gah enirəm sayə tək ormanlara, yırtıcı heyvan görürəm, qorxmuram.
Üz qoyuram gah neyistanlara, bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gah məkan,
Qəbrdə xortdan görürəm, qorxmuram.
Xortdan burda qəbirdən xortlayan kimi mənim yadıma gəlir da, məsələn qorxmalı bir mövcud ola bilər. Yəni o şəxs ki ölübdür, sonra qəbirdən qalxır. Bilmirəm indi məsələn bizim zombi dediyimiz kimi bir şey ola bilər.
Mənzil olur gah mənə viranələr.
Cin görürəm, can görürəm, qorxmuram.
Bu küreye-ərzdə mən müxtəsər müxtəlif əlvan görürəm, qorxmuram.
Xaricilər mülkündə də hətta gəzib çox tühəf insan görürəm, qorxmuram.
Lik bu qorxmazlıq ilə doğrusu,
Ay dadaş, vallahi, billahi, tillahi
Harda müsəlman görürəm, qorxuram,
Bisəbəb qorxmuram, vəchi var.
Neyləyim axır bu yoxolmuşların fikrini qan-qan görürəm, qorxuram, qorxuram, qorxuram.
Bu şeir, bu fövqəladə bir şeir də gördüyünüz kimi yenə deyirəm Mirzə Ələkbər Sabirin, çox adam şeirindən tanıyanda, çox ehtiram qoymağa başlayır, çünki çox istedadlı bir şairdir ki, demək olar Azərbaycanın modern ədəbiyyatında yap mənim xoşuma gələn şairlərdən… hətta istəmirəm deyim biridir, mənim xoşuma gələn şairdir vəssalam.
Burda fəqət iki-üm tovzih verim, burda axırlarında biraz vəzn bir-birinə dəyir. Məsələn, ordaki “ay dadaş vallahi, billahi, tillahi”, burda xob vəzn şeirin qəblisi ilə müsavi deyil. Bunu fəqət mən bu tovzihi verə bilirəm ki, Mirzə Ələkbər Sabir çox istedadlı şair idi və ona bu vəzni düz gətirmək su içimindən rahat idi. Ona görə burda mən hiss eləyirəm vəzni ki, qatışdırıbdı. Bu cür bir hədəfi var idi ki, burda məsələn oxuyana bildirsin ki, burda vəzn qatışdı ha. Mühüm bir ittifaq düşür ha. Çünki əsli sözü də elə orda deyir də: “Harda müsəlman görürəm, qorxuram”.
[00:14:57] Şeir: “12 Kişinin Söhbəti”
Və axır şeirini də oxuyum. Əlbəttə intixab elədiklərim axırıncı şeiri. Bu şeir mən məndə olan kitabda yox idi. Ona görə internetdən tapdım və hala oxuyacam. Bu şeir, mən hiss eləyirəm, Mirzə Ələkbər Sabiri çox gözəl xülasə eləyir və mənim Mirzə Ələkbər Sabirdən lap çox bəyəndiyim şeir bu şeiridir.
Şeirin ünvanı “Bir məclisdə 12 kişinin söhbəti” idi. Elə bil dəqiq yaddaş eləməmişəm. Vəli bu cürdür ki, bir məclisdə 12 kişi hərəsi bir misra deyir.
-
Vəkil: “Haqsıza haqlı deyib bir çox günaha batmışam.”
-
Həkim: “Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam.”
-
Tacir: “Mən həlal ilə haramı bir-birinə qatmışam.”
-
Rövzəxan: “Ümmətin pulunu alıb mən gözlərini islatmışam.”
-
Dərviş: “Nərdə bulsam suq (bazar) açıb min yalan söz satmışam.”
Burda “nərdə bulsam soq”, yəni buna tovzih verim, onda Mirzə Ələkbər Sabirgil Osmanlıdan, Osmanlı ədəbiyyatından demək olar təsir alırdılar. Orda “soq” bazar mənasına gəlir. Bazar işlədə bilməzdi. Niyə? Çünki vəzn düz gəlmirdi və ona görə “soq” işlədibdir.
-
Sufi: “Ruzu-şəb ‘Haqq-Haqq’ deyib mən hər kəsi oynatmışam.”
-
Molla: “Gündə bir fətva ilə məxluğu mən aldatmışam.”
-
Elmi: “Qəti-ümid etmişəm, yeksər bu qövmü atmışam.”
-
Cəhl: “Ortada keyf eləyib mən hər mərama çatmışam.”
-
Şair: “Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.”15
Burda calib olan budur ki, Mirzə Ələkbər Sabir özü bir şairdir. Və yenə də şair ola-ola şairləri nəqd eləməkdən çəkilmir. Yəni bu Mirzə Ələkbər Sabirin burda nəqd elədiyi qism şairlər dünyada çox elə bu bəxşə düşür16.
-
Avam: “Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.”
-
Qəzetçi: “Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.”
[00:18:41] Son Söz
Bu şeir də yəni bu cür idi. Çox gözəl. Mənim yenə deyirəm Sabirdən lap çox bəyəndiyim şeir bu idi.
Və o biri oxuduğum şeirlərdə indi bir xass tovzih istəmirəm deyim, yəni yadıma gəlmir də deyəm, elə onu dedim ki, Mirzə Ələkbər Sabiri onda təkfir eləyirdilər. Yəni deyirdilər dindən, İslamdan çıxıbdır. Və Mirzə Ələkbər Sabir o cür şəxs deyildi. Mirzə Sabir mömin bir şəxs idi. Hətta mərsiyələri olan bir şairdir. Məşhədə ziyarətə gəlib gedibdir. Hətta Mirzə Sabirin indi nəvələri, nəticələri mömin adamdırlar. Ona görə o ki Mirzə Ələkbər Sabirə ateist ünvanında baxaq, ya ayrı bir Allahsız məsələn ünvanında baxaq, düz gəlmir tarixi açıdan.
Bu kitabın yenə müşəxxəslərini deyim ki, istəsəz təhiyə eləyəsiz, oxuyasız. Kitabın adı “Hophopnamə”dir. Mirzə Ələkbər Sabir, 1992-də Şərq-Qərb intişaratında Bakıda çap olubdur. Əlaqəniz olsa eliyə bilərsiniz təhiyə edəsiz və oxuyasız. Bu qədər.